Xaçmazda sahibkarlar üçün biznes-planlar tərtib edilib. Bu barədə ShimalNews 18 iyul tarixində Xaçmaz KOB İnkişaf Mərkəzinə istinadən məlumat verir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən iyul ayında hazırlanan materiallar müxtəlif sahələri əhatə edir. Onlar artıq öz sahiblərinə təhvil verilib.
Agentliyin məqsədi sahibkarların ölkə iqtisadiyyatında rolunu möhkəmləndirməkdir. Eləcə də onların rəqabət qabiliyyətini artırmaq, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlarda institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır.