Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova yeni təyinat alıb. Bu barədə ShimalNews 9 oktyabr tarixində "Unikal"a istinadən məlumat verir.
İ.Nəzərova Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində aparat rəhbəri vəzifəsində çalışacaq. Bununla bağlı gənclər və idman nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov əmr imzalayıb.