Xaçmaz icra başçısı Elnur Rzayev Yeni Həyat qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 29 noyabr tarixində RİH-yə istinadən xəbər verir.
Görüşdə, eləcə də yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Onlar Yeni Həyat İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə daxil olan Yeni Həyat qəsəbəsi və Həbibkənd kəndinin sakinləri ilə görüşüblər.
Vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarının təmizlənməsi, təbii qazın təzyiqinin artırılması, rabitə, internet və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.