Xaçmaz Rayon İcra hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib. Bu haqda ShimalNews 26 sentyabr tarixində quruma istinadən məlumat verir.
27 Sentyabr - Anım Günü ərəfəsində keçirilən ziyarət zamanı Elnur Rzayev düşmən üzərində şanlı zəfər qazanan hərbçilərimizin qəhrəmanlığından danışıb. Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb.