Xaçmaz gömrük idarələrində sahibkarlarla görüş keçirilib. Bu barədə ShimalNews 30 sentyabr tarixində Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Sistemdə tətbiq edilən yeniliklər, rəsmiləşdirmə, sərhədkeçmə proseslərində aparılan təkmilləşdirilmələrlə bağlı xarici ticarət iştirakçıları məlumatlandırılıb, həmçinin yeni layihələrin səmərəliliyi, rasionallığı barədə söhbət aparılıb. Eləcə də sahibkarların təklif və rəyləri öyrənilib.