Xaçmaz gəncləri Kənd Gənclərinin Yay Düşərgəsində iştirak ediblər. Bu barədə ShimalNews 23 iyul tarixində rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Mingəçevir şəhərində təşkil olunan düşərgədə 100 gənc iştirak edib. Burada açılış mərasimindən sonra proqrama uyğun olaraq, təlim, yarış, müsabiqə və əyləncəli tədbirlər təşkil edilib.
Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən tədbir iyulun 26-na kimi davam edəcək.