Xaçmaz rayonunda “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu barədə ShimalNews 23 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Şimal Regional Mərkəzi tərəfindən təşkil olunan tədbir Sukanal idarəsində baş tutub. Burada fövqəladə halların təsnifatı, yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə məlumat verilib. FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Tədbirlərin keçirilməsində məqsəd fövqəladə hadisələrdə vətəndaşlara zəruri davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.