Xaçmazda dəmiryol stansiyasının ərazisində yanğın baş verib. Bu barədə ShimalNews 23 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə rayonun Ləcət kəndində qeydə alınıb. “Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus stansiyanın ərazisində ümumi sahəsi 9 kv.m olan tikilinin (işçilərin soyunub-geyinməsi üçün istifadə olunur) yanar konstruksiyaları və ətrafında 5 kv.m sahəyə yığılan istifadəyə yararsız şpallar yanıb. Alov FHN-in bölmələri tərəfindən söndürülüb.