Sumqayıt-Yalama dəmir yolu xəttinin Xaçmaz rayonu ərazisindən keçən hissəsində tikinti işləri davam edir. Bu barədə ShimalNews 3 oktyabr tarixində Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Çarxı stansiyasında yerüstü piyada keçidində son tamamlama işləri aparılır. İcra başçısı Elnur Rzayev proseslə maraqlanıb, eləcə də sakinlərlə görüşüb.
Sumqayıt-Yalama dəmir yolu xəttinin üzərində ümumilikdə 13 yerüstü piyada keçidinin tikintisi planlaşdırılır. Onlar fiziki məhdudiyyəti olan insanlar üçün (əsas yaşayış mərkəzlərində) liftlərlə təmin olunacaq.