Xaçmazın Çiləgir kəndində yanğın hadisəsi qeydə alınıb. Bu haqda 1 iyun tarixində ShimalNews Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Burada ümumi sahəsi 54 kv.m olan talvarın yanar konstruksiyaları yanıb. Əraziyə cəlb edilən xilasedicilər yaxınlıqdakı evi alovdan mühafizə ediblər.