Xaçmazda Qarabağ müharibəsi veteranı öz kitabını təqdim edəcək. Bu haqda ShimalNews 6 oktyabr tarixində məlumat verir.
Tədbir icra hakimiyyətinin təşkilatçılığı ilə oktyabrın 9-u Heydər Əliyev mərkəzində keçiriləcək. Azərbaycanın ilk qadın hərbi jurnalisti Əntiqə Qonaq oxucuları yeni əsəri ilə tanış edəcək. Burada 44 günlük Vətən müharibəsinin xaçmazlı döyüşçülərinə həsr olunmuş "44 günlük savaşın 444 cəngavəri" adlı kitab işıq üzü görəcək.