Xaçmaz rayonunda atasını öldürdüyünə görə həbs edilən şəxsin apellyasiya şikayəti təmin edilməyib. Bu haqda ShimalNews 28 sentyabr tarixində Pravda.az-a istinadən məlumat verir.
Pərvin Nemətovun şikayəti üzrə məhkəmə iclası Sumqayıt Apellyasiya Məhkəməsində baş tutub. Qərar Hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib. Nemətov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Daha öncə 14 may tarixində Niyazoba kəndi ərazisində yerləşən fərdi yaşayış evində baş verən qətl haqqında məlumat vermişdik.