Xaçmaz rayonunda akademik Zərifə Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib. Bu haqda ShimalNews 15 aprel tarixində məlumat verir.
Tədbir iştirakçıları görkəmli alimin büstü önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Zərifə Əliyeva adına muzeydə akademikin həyat və yaradıcılığına həsr olunmuş fotostendlərə baxış keçirilib.
Çıxış edən qonaqlar Zərifə xanım Əliyevanın ömür yolundan danışıblar.