Xaçmazda “Azəriqaz” İB-nin keçirdiyi “Açıq mikrofon” aksiyasında 8 müraciət səsləndirilib. Bu barədə ShimalNews 31 may tarixində quruma istinadən məlumat verir.
Müraciətlər Ağarəhimoba kəndinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması və fərdi yaşayış evinin qazlaşdırılmasından ibarət olub. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.