Xaçmaz rayonunun Hülövlü kəndində yanğın hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 9 iyul tarixində məlumat verir.
Ümumi sahəsi 325 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 20 ton ot bağlaması və yaxınlıqdakı birmərtəbəli 2 otaqlı evin dam örtüyünün taxta atmaları 6 kv.m sahədə qismən yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.