Xaçmaz rayonunda 28 May - Müstəqillik Günü qeyd edilib. Bu haqda 26 may tarixində ShimalNews RİH-yə istinadən məlumat verir.
“Müstəqilliyimiz əbədidir” adlı tədbiri giriş sözü ilə icra başçısının müavini Günel Nürəddinova açıb. O və digər spikerlər çıxışlarında müstəqillik tariximizlə bağlı məlumat veriblər.
Daha sonra Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirilib, konsert proqramı təqdim olunub. Müstəqilliyimizə, Vətənimizə, üçrəngli Bayrağımıza həsr olunmuş ifalar səsləndirilib.