Xaçmaz rayonunun Yalama kəndi ərazisində 2 nəfəri qəsdən öldürərək evi yandıran Ramin Ağaxanovun məhkəmə prosesi yekunlaşıb. Bu haqda ShimalNews 18 iyul tarixində məlumat verir.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyev təqsirləndirilənə ömürlük azadlıqdan məhrum edilməsi haqqında hökm oxuyub.
Yalama kənd sakinlərinin – 60 yaşlı Aslan Tarverdiyev və 58 yaşlı Rumayə Tarverdiyevanın 2023-cü il aprelin 9-u yaşadıqları evdə öldürülməsi haqda xəbər vermişdik.