Xaçmaz rayonunun Yalama kəndi ərazisində iki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Bu haqda ShimalNews 13 noyabr tarixində Apa-ya istinadən məlumat verir.
Aprel ayının 9-da Yalama kənd sakinləri – 60 yaşlı Aslan Tarverdiyev və 58 yaşlı Rumayə Tarverdiyevanın yaşadıqları evdə öldürülmələri faktı ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb. Tədqiqat zamanı 600 nəfərə yaxın şəxsdən zəruri nümunələr götürülüb, çoxsaylı şahidlər dindirilib və digər prosessual hərəkətlər aparılıb.
Toplanmış sübutlar əsasında 27 yaşlı Ramin Ağaxanova bir necə maddə ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.