top
Tək qalan oğlanın dramı: Polislə “qaçdı-tutdu” oynadı
25 oktyabr 2025, 09:24
- ↺ +

Tək qalan oğlanın dramı: Polislə “qaçdı-tutdu” oynadı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oğuzda kafedə insident törədən gənc həbs olunub.

Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki “Vidadi” kafesində qeydə alınıb.

Burada dostları ilə yeyib-içən 21 yaşlı Tural Abbaszadə (ad və soyad şərtidir) sərxoş halda naməlum səbəbdən əsəbiləşərək, boşqabı sındırıb və nəticədə qolu kəsilib.

Hadisə yerinə gələn polis əməkdaşları Turalı şöbəyə aparıblar.

Tural Abbaszadə ifadəsində bildirib ki, həmin gün həddən artıq sərxoş olub:

“Dostlarımla kafedə spirtli içki qəbul etdik. Sonra uşaqlar siqaret çəkmək üçün bayıra çıxdılar. Mən tək qaldım. Bu zaman içkinin təsiri altında olduğum üçün əsəbiləşib əlimi masaya çırpdım. Nəticədə boşqab sındı və qolum kəsildi. Qolumdan qan axırdı. Bundan sonra ünvansız uca səslə söyüşlər söydüm. Polis əməkdaşları gələndə isə onların tələbinə tabe olmadım, xidməti avtomobilə minəndən sonra düşüb qaçmağa cəhd etdim. Amma məni yenə tutaraq, maşına mindirdilər. Sərxoş olduğum üçün özümdə deyildim, buna görə də məhkəmədən qanunla güzəşt edilməsini xahiş edirəm”.

Bu əməlinə görə, Tural barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə məhəl qoymamaq) maddələri ilə protokol tərtib olunub.

Oğuz rayon Məhkəməsində hakim Emin Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə Tural Abbaszadə barəsində 15 gün müddətinə inzibati həbs cəzası verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

Oxşar xəbərlər