Qubada keçirilən "Axtar tap" intellektual oyunu üzrə "Təbiətin açarı" kubokunun qalibi məlum olub.
ShimalNews xəbər verir ki, Nizami parkında təşkil edilən yarışın 1-ci yerinə "GİKM GUYS" komandası, "Assassin's Creed" komandası 2-ci və "Victory" komandası isə 3-cü yerlərin sahibi olublar.
Oyun Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.