Şimal bölgəsində cari dövrdə yanğın təhlükəsinin kompleks göstəricisi məlum olub. Bu haqda ShimalNews 8 avqust tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidməti təhlükə səviyyəsi ilə bağlı açıqlama verib:
İsmayıllıda - orta, Şahdağda - kiçik, Qusarda - orta, Xızıda - yüksək, Quba və Şabranda - çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq, əhalinin ehtiyatlı olması tövsiyə olunub.