Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib ki, sabahdan Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi, güclü küləyin müşahidə ediləcəyi gözlənilir. Bu haqda ShimalNews 8 iyul tarixində xəbər verir.
Sabah - iyulun 9-dan başlayaraq növbəti günədək hava şəraitinin dəyişəcəyi, fasilələrlə leysan xarakterli yağıntılı olacağı gözlənilir. Quba-Qusarda şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda qısamüddətli daşqın olacağı və sel keçəcəyi gözlənilir.