Şimal bölgəsinin 149 gənc şahmatçısı Qubada yarışıb. Bu barədə ShimalNews 15 iyul tarixində Azərbaycan Şahmat Federasiyasına istinadən məlumat verir.
"Şuşa ili"nə həsr olunan regional rapid turnirinə Şabran, Xaçmaz, Qusar və Qubadan olan idmançılar qatılıb.
Turnirin qalibləri oğlanlar arasında Quba şahmatçısı Yusif Abbasov, qızlar arasında isə Aynişan Kərimova olublar. Onlara kubok təqdim edilib. Bundan əlavə bütün iştirakçılara kitablar hədiyyə olunub.