Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb. Bu haqda ShimalNews 27 sentyabr tarixində Bizim.media-ya istinadən məlumat verir.
Yağıntılar Ləzə və Xınalıq kəndlərinin yaxınlığındakı Şahdüzü və Şahdağ dağ silsiləsinə düşüb.
Bu gün bölgədə günəşli hava şəraiti müşahidə edilir. Lakin oktyabrın 2-dən havanın yenidən dəyişəcəyi gözlənilir.