Şimal bölgəsində genişmiqyaslı yanğın baş verib. Bu barədə ShimalNews 11 iyul tarixində məlumat verir.
Dünən axşam saat 18:00 radələrindən Şabranın Ağalıq kəndi ərazisində əkin sahəsi alışıb. Hava küləkli olduğuna görə, alov tez bir zamanda ətrafa yayılıb. “Konstitusiya” meşəsi adlanan yaşıllıq zolağında onlarla hektarda ağaclar yanıb.
Əraziya FHN-in Xızı, Siyəzən, Xaçmaz, Quba, Qusar rayonlarından olan yanğınsöndürən avtomobilləri və canlı qüvvə cəlb edilib. Yanğın bu gün gecə saatlarında söndürülüb.
Yanğının başladığı vaxt lentə alınan kadrları izləyicilərimizə təqdim edirik: