top
Şimal bölgəsinə gediş-gəlişi dənizlə həyata keçirmək olar
20 iyul 2022, 15:36
- ↺ +

Şimal bölgəsinə gediş-gəlişi dənizlə həyata keçirmək olar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İqtisadçı-ekspert Bakı-Quba yolu təmirdə olduğu zaman gəmi ilə hərəkət etmək təklifini irəli sürüb. Bu barədə ShimalNews 20 iyul tarixində Pravda.az-a istinadən məlumat verir.

“Hazırda turizm mövsümüdür. Bakı-Quba yolu təmirdədir. Bu isə həm Şimal zonasında olan turizm obyektlərinin fəaliyyətinə mənfi təsir göstərir, həm də insanlar əziyyət çəkirlər. Niyə Xəzər dənizi ətrafı şəhərlərdə gəmi nəqliyyatı inkişaf etməyib? Məsələn, Bakı-Lənkəran-Astara, Bakı-Xaçmaz-Şabran arası. Bu, həm ölkənin turizm potensialına müsbət və əhəmiyyətli təsir göstərər, həm də daxili turizmin inkişafına təkan verər. Nəqliyyat problemi də həll edilmiş olardı. Sadaladığımız şəhərlərin limanları da inkişaf edərdi. Çünki dənizlə də getmək rahatdır. Bu, xarici turistlərin də marağına səbəb olar. Aktual məsələdir və bunu etmək hazırda çox da çətin deyil”, - deyə Eyyub Kərimli çıxış edib.

Ekspert bildirib ki, Bakıdan Xaçmaza, Xudata gəmi nəqliyyatı ilə sərnişin və yük daşımaq mümkündür: “Azərbaycanın dəniz sərhədi 713 kilometrdir. Bu, yetərincə uzun məsafədir. Bu baxımdan, dəniz turizmi bu sahədə əlavə gəlir gətirilməsinə geniş imkan yarada bilər. Ölkəmizin nəqliyyat, logistika, yükdaşıma imkanları genişlənir. Bu kontekstdən yanaşanda, dəniz nəqliyyatı, həm də yükdaşımalara müsbət təsir göstərəcək. Ölkəmizin nəqliyyat infrastrukturunun şaxələndirilməsinə, inkişafına bilavasitə təsir edəcək. Təkcə Bakı-Lənkəran-Astara deyil, Xəzər boyu Neftçala, Salyan və digər rayonlar var ki, həmin ərazilərə gəmi ilə getmək maraqlı olardı. İnsanların da diqqətini cəlb edər. Sadəcə həmin ərazilərdə dəniz vağzalı, limanlar salınmalıdır. Sərnişin və yük daşınması üçün normal gəmilər gələ bilər. Bu, həm də büdcə gəlirlərinə müsbət təsir göstərər. Gələcəkdə Xəzəryanı dövlətlərdən də bura marağı artıra, insanların gediş-gəlişini gəmi yolu ilə təmin edə bilərik. Məsələn, Rusiyadan Azərbaycana. Vaxtilə İrana, Türkmənistana, Qazaxıstana bu nəqliyyat xətləri olub. Ölkədə 1-2 günlük rayonlararası dəniz turu da təşkil oluna bilər. Müvafiq gəmilərlə şimaldan cənuba qədər turların təşkili turizm potensialımıza çox müsbət təsir göstərər”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 25-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
Dünən, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
Dünən, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
Dünən, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
Dünən, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
Dünən, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
Dünən, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
Dünən, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
Dünən, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
Dünən, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
Dünən, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Hadisə
Dünən, 13:21

Xudatda sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Cəmiyyət
Dünən, 12:36

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Cəmiyyət
Dünən, 12:15

Qəbələdə bir neçə küçə qazsız qalıb

Hadisə
Dünən, 11:53

Şamaxıda mədəniyyət idarəsinin rəisi vəfat edib

Cəmiyyət
Dünən, 11:30

İş axtaranların diqqətinə: Qusarda 40-dan çox vakansiya

Cəmiyyət
Dünən, 10:42

Şimal rayonlarında məktəblər qışa hazırdırmı?

Cəmiyyət
Dünən, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Dünən, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Dünən, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
19 oktyabr 2026, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Oxşar xəbərlər