“Samur” gömrük postunda külli miqdarda siqaretin ölkəyə keçirilməsi cəhdinin qarşısı alınıb. Bu haqda ShimalNews 7 fevral tarixində Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Rusiya–Azərbaycan istiqamətində hazır qida məhsullarını daşıyan avtomobil saxlanılıb və gömrük yoxlaması həyata keçirilib. Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin yük yerindəki soyuducuda gizlədilmiş müxtəlif adda 3050 qutu siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_36269" align="alignnone" width="640"]
Photo customs.gov[/caption]