Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə bağlı Şahdağ Milli Parkının İsmayıllı bölməsinə ekskursiya baş tutub. Bu haqda ShimalNews 5 iyun tarixində məlumat verir.
Tədbir “DOST EVİ” və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllüləri üçün təşkil olunub. Onlara parkın özünəməxsus xüsusiyyətlərindən bəhs olunub, landşaftın biomüxtəlifliyin qorunması və ekoturizmin inkişafındakı vacib roluna diqqət çəkilib.