Qubadan olan Vətən müharibəsi qazisinin qız övladı dünyaya gəlib. Bu haqda ShimalNews 2 oktyabr tarixində məlumat verir.
Zərdabi qəsəbəsindən olan İlkin Abdulrəhmanovun ailəsi ilk övladının adını Nilay qoyub. Valideynlər bu gün təntənə ilə tibb müəsisəsini tərk ediblər.
İlkin göstərdiyi igidliyə görə, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən “Vətən muharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. Qazimizin atası Saleh Abdulrəhmanov isə Qarabağ müharibəsinin qazisidir.
[caption id="attachment_49637" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]