Şabran şəhəri Tofiq İsmayılov küçəsində antisanitar vəziyyət hökm sürür.
Bu barədə Shimal.News-a yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, uzun müddətdir ərazidə tullantılar daşınmır. Bu səbəbdən də küçədə zibil tullantıları qalaqlanıb və natəmizlik baş alıb gedir.
Əraziyə atılmış məişət tullantıları, inşaat qalıqları, heyvan leşləri xoşagəlməz mənzərə yaradır.
Sakinlər bildiriblər ki, aidiyyəti qurumlar da məsələni görməzdən gəlirlər.
