Şabran şəhərinin 20 Yanvar küçəsində antisanitar vəziyyət yaranıb.
Bu barədə Shimal.News-a yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, ərazidə qalaqlanan məişət tullantıları daşınmadığı üçün küçədə antisanitar vəziyyət yaranıb. Ətrafa yayılan pis qoxu səbəbindən yaxınlıqda yaşayanlar evlərində belə otura bilmirlər. Bu antisanitar vəziyyət yerli sakinləri və küçədən keçənləri ciddi şəkildə narahat edir.
Şikayətçilər əlavə ediblər ki, dəfələrlə aidiyyəti qurumlara bu barədə məlumat verilsə də, tullantılar daşınmır.
[video width="478" height="850" mp4="https://shimal.news/storage/photos/2024/11/VID-20241113-WA0016_1-1.mp4"][/video]