top
Şabran və Qubanın aqroturizm təsərrüfatlarına İNFOTUR - FOTO
10 dekabr 2024, 17:40
- ↺ +

Şabran və Qubanın aqroturizm təsərrüfatlarına İNFOTUR - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Aqrar tədarük və təchizat” ASC tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində növbəti infotur təşkil olunub.

Shimal.News xəbər verir ki, Şabran və Quba rayonlarına təşkil olunan infoturda 19 turizm şirkətinin nümayəndəsi iştirak edib.

İnfoturun ilk dayanacağı “Şabran Aqroturizm Mərkəzi” olub. İştirakçılar təsərrüfatın fəaliyyəti ilə tanış olub, göstərilən xidmətlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat alıblar.

Səfərin növbəti dayanacağı Quba rayonunun İkinci Nügədi kəndində yerləşən “Kənd inn” təsərrüfatı olub. Turizm şirkətlərinin nümayəndələri təsərrüfat sahəsini gəzib, yaradılan imkanlarla maraqlanıblar. Qonaqlar sonda mövsümi meyvələrin yığımında iştirak edib, təsərrüfatda hazırlanan yerli mətbəxin təamları ilə tanış olublar.

“Şəhərdən Kəndə” layihəsinin əsas məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalları, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində bu günədək yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 391 təsərrüfat sahibi iştirak edib. Həmçinin turizm potensialının artırılması məqsədilə 26 təsərrüfata müxtəlif istiqamətlər üzrə dəstəklər göstərilib.

Bu cür tədbirlər regionların iqtisadi inkişafına töhfə verməklə yanaşı, aqroturizmin və Azərbaycanın turizm sektorunun dayanıqlı inkişafını təmin edir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Bu gün, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Bu gün, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Bu gün, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Bu gün, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Bu gün, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Bu gün, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Bu gün, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Bu gün, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Bu gün, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Bu gün, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Bu gün, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
Dünən, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
Dünən, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
Dünən, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
Dünən, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
Dünən, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
Dünən, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Bütün xəbərlər
Dünən, 11:41

Qubada kişi "sərxoş halda maşın sürmə" deyən dostunu bıçaqladı - 6 il cəza

İqtisadiyyat
Dünən, 11:06

Şimal bölgəsində turist axını: Yerli əhali nə qazanır, nə itirir?

Cəmiyyət
Dünən, 10:39

Şabranda yolun ortasında təhlükəli vəziyyət yaranıb – VİDEO

Oxşar xəbərlər