Sabah müddətli müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanacaq.
ShimalNews xəbər verir ki, seçimi mərhələsi 30 avqust saat 11:00-dan 2 sentyabr saat 11:00-dək davam edəcək.
Vakansiya seçimi test imtahanında ümumtəhsil proqramı üzrə ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. Onlar vakansiya seçimi zamanı 4 vakant yer seçə bilərlər.