İsmayıllı rayonunun Təzəkəndində icra başçısı Nahid Bağırov sakinlərin səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 5 aprel tarixində məlumat verir.
Tədbirdə millət vəkili Novruzəli Aslanov, RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görüldüyü bildirilib.
Görüş Nahid Bağırovun doğum gününə təsadüf etdiyinə görə şəhid ailələri, kənd ağsaqqalları və ziyalılardan təbriklər və xoş arzular səsləndirilib.
“Bu gün sizlərdən aldığım doğum günü təbrikləri mənim üçün olduqca xoş oldu”, - deyə icra başçısı bildirib.