İsmayıllı rayonunun Sumağallı kəndində icra başçısı Nahid Bağırov sakinlərin səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 6 aprel tarixində məlumat verir.
Tədbirdə RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görüldüyü bildirilib.