Qubada icra başçısı İlqar Mahmudov vətəndaşlarla səyyar görüş keçirəcək.
ShimalNews xəbər verir ki, qəbul sentyabrın 12-i Əski İqrığ kənd İbtidai məktəbinin həyətində baş tutacaq. Görüşdə Quba şəhəri və Əski İqrığ kənd sakinləri iştirak edə bilərlər.
Görüşdə rayon rəhbəri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri də iştirak edəcəklər.