Qusarın Hil kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin giziri, qazi Şıxseyid Nağıyevin toy mərasimi keçirilib. Bu barədə ShimalNews 18 iyul tarixində məlumat verir.
Məlumata görə, şənlik 2 gün davam edib. Restoranların birində qohum-əqrəba və dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə toy baş tutub. Sonra adət-ənənəyə uyğun olaraq “dəm” baş tutub. Eləcə də qazinin xeyir işində tanınmış müğənni Cəmilə Zalova təmənnasız iştirak edib.
Şıxseyid Nağıyev ailəsinin sonbeşiyidir. Yeddi ildən artıqdır ki, hərbi birləşmələrin tərkibində Vətənə xidmət edir. O, Vətən müharibəsində və Aprel döyüşlərində fəal iştirak edib.