Qusar rayonunda mədəniyyət sahəsində uzun müddət səmərəli çalışan şəxslər təltif olunublar. Bu barədə ShimalNews 19 iyul tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Mədəniyyət Mərkəzində fəaliyyət göstərmiş Suvacal kənd klubunun mədəni təşkilatçısı Tofik Əmirbəyov və Düztahir kənd folklor evinin bədii rəhbəri Tamam Əliverdiyevanın 65 yaşları tamam olub. Bu münasibətlə onlara Fəxri Fərman və hədiyyələr təqdim edilib.