Qusar rayonu İmamqulukənd məktəbində "Ustad dərsi" keçiriləcək. Bu haqda ShimalNews 24 dekabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Tədbir bu gün saat 13:00-da “İncəsənət özünü inkişaf vasitəsi kimi” layihəsi çərçivəsində təşkil edilir. "Sahibkar kimi formalaş" mövzusunda baş tutan dərsin aparıcısı qusarlı fermer-sahibkar, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova olacaq.