Qusar rayonunda mobil operatorlardan biri şənlik təşkil edib. Bu barədə ShimalNews 13 iyul tarixində məlumat verir.
Hal-hazırda avtovağzalda Azercell tərəfindən “Bölgələrə daha yaxın” şüarı altında tədbir keçirilir. Burada şirkət kampaniyaları və yeni məhsullarını təqdim edir.
Sakinlər üçün isə müsabiqələr, hədiyyələr, əyləncəli oyunların keçiriləcəyi bildirilib. Əhali tərəfindən burada baş verənlər maraqla izlənilir.