Qusarda sambo bölməsi fəaliyyətə başlayıb. Bu barədə ShimalNews 21 iyul tarixində Qusar Olimpiya İdman Kompleksinə istinadən məlumat verir.
Məşqlər idman ustası, döyüş sambosu üzrə məşqçi Farid Mirzəbəyov və Ravid Mirzabeyovun rəhbərliyi ilə keçiriləcək. 6 yaşdan yuxarı hər kəs idman bölməsinə yazıla bilər. Şəhid və qazi övladları üçün dərslər pulsuz təşkil olunur. Həmçinin, onlara idman forması və əlcək hədiyyə olunacaq. Təlim-məşqlər həftə içi 1, 3 və 5-ci günlər saat 15:00-dan 17:00-dək keçiriləcək.
Ünvan: Qusar Olimpiya İdman Kompleksi.