Bu gün Qusarda Moskvanın Qızıl Qələm mükafatçısı, yazıçı Təyarə Vəlimətova ilə görüş keçirilib. Bu barədə ShimalNews 8 iyul tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Tədbirdə kitabxana işçiləri, yazıçının qohumları və yaxınları, müəllimlər və digər ziyallilar iştirak ediblər. Burada yazıçının yaradıcılığı barədə geniş sorğu-sual və müzakirələr aparılıb.
Təyarə Vəlimətova əslən Qusarın Piral kəndindəndir. Fəaliyyətini yaşadığı Moskva şəhərində aparır. O, Rusiyanın Yazıçılar İttifaqının və Rus Sözçülüyü Akademiyasının üzvüdür.