Oğurluq etməkdə şübhəli bilinən Qusar rayon sakini saxlanılıb. Bu barədə ShimalNews 25 iyul tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Qusar Rayon Polis Şöbəsinə şəhər ərazisindəki evlərin birindən 1.600 manat pul və 3.400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə əməli törətməkdə şübhəli bilinən rayon sakini, Ş.Əfəndiyev idarə etdiyi “KİA” markalı avtomobillə saxlanılıb. Onun avtomobilinə baxış zamanı marixuana aşkarlanıb.
Həmçinin, Əfəndiyevin əvvəllər məhkum olunduğu da məlum olub.