Qusarda yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 11 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə Mucuq kəndində baş verib. Sahəsi 240 kv.m olan ikimərtəbəli ev yanıb.
Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.