Qusar rayonunda yanğın baş verib. Bu barədə ShimalNews 25 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Yasaboba kəndində qeydə alınıb. Ümumi sahəsi 6000 kv.m olan metal konstruksiyalardan ibarət anbar alovlanıb. Anbarın içərisində yığılan 2000 ton ot bağlaması yanıb. Yüksək temperatur nəticəsində anbarın dam örtüyü 5000 kv.m sahədə deformasiyaya uğrayıb.
Əraziyə cəlb edilən yanğınsöndürənlər anbarın qalan hissəsini və yaxınlıqdakı tikililəri alovdan mühafizə edə biliblər.