Qusarda "İnkişafa mərkəzdən başla!" layihəsi çərçivəsində gənclər üçün təlim keçirilib. Bu barədə ShimalNews 23 iyul tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən məlumat verir.
Təlimçi Nigar Abdullazadənin təqdimatında baş tutan seminarda iştirakçılara "Ünsiyyətin mahiyyəti", "Kommunikasiya növləri" haqqında məlumat verilib. Burada müxtəlif kommunikasiya bacarıqları oyunları oynanılıb. Sonda gənclər layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər.