Qusarda hazırda fəaliyyət göstərməyən məktəb yanıb. Bu haqda ShimalNews 25 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Böyük Muruq kəndində baş verib. Ümumi sahəsi 150 kv.m olan birmərtəbəli orta məktəb binasının yanar konstruksiyaları alovlanıb.
Əraziyə FHN-in bölmələri cəlb olunub. Onlar yaxınlıqdakı məktəb binasını yanğından mühafizə ediblər. Alov söndürülüb.