Qusar rayonunda qız kanalda batıb. Bu barədə ShimalNews 22 iyul tarixində Apa-ya istinadən məlumat verir.
Hadisə Balaqusar kəndində baş verib. Kənd sakini Qızxanım Əmiraslanova yaşadığı evin qarşısından keçən kanalın yaxınlığındakı ağacdan ərik yığarkən kanala düşüb. Onun meyiti evindən 400 metr aralıda aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.