Qusarda "Ünsiyyət bacarıqları" təlimi keçiriləcək. Bu barədə ShimalNews 3 avqust tarixində Qusar GİKM-ə istinadən məlumat verir.
"Gənclər davamlı inkişaf üçün" layihəsi çərçivəsində baş tutacaq təlimdə “Ünsiyyətdə bədən dilinin rolu", “Sandviç metodu” mövzuları müzakirə ediləcək.
Təlim 4 avqust saat 15:00-da Qusar Heydər Əliyev Mərkəzində start alacaq.
Layihə İrəli İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilir.