Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümə hazırladığı tamaşanı təqdim edəcək. Bu haqda ShimalNews 13 sentyabr tarixində Azərtac-a istinadən xəbər verir.
Teatrsevərlər İlyas Əfəndiyevin "Qarabağnamə" əsərini səhnədə seyr edəcəklər. Tamaşanın quruluşçu rejissoru Bağır Əhmədov, quruluşçu rəssamı Bədəl Bədəlov, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Hazırda tamaşanın ilk məşqləri keçirilir. Bildirilib ki, səhnədə 12 aktyor rol alıb.